Hans Kluge - Tbilisi Ümundünya Səhiyyə Təşkilatının rekomendasiyalarını tamamilə yerinə yetirir və bunun üçün Kaxa Kaladzeyə təşəkkür edirik
Hans Kluge - Tbilisi Ümundünya Səhiyyə Təşkilatının rekomendasiyalarını tamamilə yerinə yetirir və bunun üçün Kaxa Kaladzeyə təşəkkür edirik

Paytaxtın meri Kaxa Kaladze  Gürcüstanda rəsmi səfərdə olan, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional direktoru hans Kluge ilə görüşdü.

Tbilisi meriyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər Gürcüstanda, xüsusi ilə də paytaxtda COVİD-19-un idarəedilməsi ilə bağlı problemləri və həmçinin, pandemiya ilə mübarizə çərçivəsində, həyata keçirilən tədbirlər və gələcək əməkdaşlıq planları haqqında danışdılar.

“Pandemiya bütün dünya və həmçinin, Gürcüstan üçün böyük çağırışdır. Gürcüstan pandemiyanın ilk günündən önəmli tədbirlər gördü. Koordinasiya Şurası yaradıldı və Ümümdünya Səhiyyə Təşkiltının tövsiyyələri addım-addım yerinə yetirilir.

Kaxa Kaladzeyə bu səmimi qarşılama üçün təşəkkür edirəm. Tbilisi şəhəri, mer Kaxa Kaladzenin rəhbərliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinin tam paketini həyata keçirir. Düşünürəm ki, Tbilisi şəhəri və onun meri Kaxa Kaladzenin digər şəhərlər və onların merləri ilə paylaşacaq bir çox məlumatı və bilgisi var” – dedi Hans Kluge.

Tbilisi merinin məlumatına görə, tərəflər razıalşdılar ki, Tbilisi Avropanın sağlıqlı şəhərlər şəbəkəsinə qoşulacaq və öz təcrübəsini şəbəkənin digər yenişəhərləri ilə paylaşacaq.