“Omicron koronavirus pandemiyasını yeni mərhələyə keçirdi və Avropada pandemiyaya son qoya bilər”- bu barədə ÜST-nin Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe bildirib.
Kluqenin sözlərinə görə, mövsümiliyin azalması, insanların immuniteti və peyvəndləmə nəticəsində aylar boyunca qlobal immunitet formalaşacaq.
“Biz sakitlik dövrünü gözləyirik. “Covid-19 ilin sonuna qədər qayıda bilər, lakin bu, pandemiyanın mütləq geri dönəcəyi demək deyil”-deyə Hans Kluqe bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsinin sözlərinə görə, xəstəliklər endemikdir, onların dinamikasını proqnozlaşdırmaq olar.
“Bu virus bizi dəfələrlə təəccübləndirdi, buna görə də çox diqqətli olmalıyıq” – deyə Kluqe bildirib.