Hans Kluqe - Gürcüstanın əldə etdiyi inkişaf ümumi səhiyyənin təmin edilməsinə yönəlmiş siyasətin gücünü nümayiş etdirir
Gürcüstanın diaqnostika ilə əlaqəli qruplarla (DRG) maliyyələşdirmə modelinin tətbiqi, dərman qiymətlərinin tənzimlənməsi və onkoloji dərmanlara çıxışın yaxşılaşdırılması baxımından əldə etdiyi irəliləyiş ümumi səhiyyə xidmətinin təmin edilməsinə yönəlmiş siyasətin gücünü nümayiş etdirir-bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional direktoru Hans Kluqe səhiyyə naziri Zurab Azaraşviliyə göndərdiyi məktubda qeyd edir.
Hans Kluqe Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatlar nəticəsində Ümumdünya Səhiyyə Təşkilatı üçün nümunəvi ölkələrdən biri olduğunu qeyd edib.
“Bu, Gürcüstan əhalisinin maliyyə təhlükəsizliyinə birbaşa, nəzərəçarpacaq təsir göstərən effektiv siyasətdir və bu sahələrdə islahatların aparılmasında digər üzv dövlətlərə dəstək vermək üçün bizdə nikbinlik yaradır. Bir daha Ümumdünya Səhiyyə Təşkilatının cari və planlaşdırılan islahatların həyata keçirilməsi prosesində Gürcüstana hər an dəstək verməyə hazır olduğunu vurğulayıram”- Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Direktoru bildirib.
Hans Kluqe Gürcüstana son səfəri zamanı səmərəli əməkdaşlığa görə səhiyyə naziri Zurab Azaraşviliyə, onun müavinləri Tamar Qabunia və İlia Ğuduşauriyə təşəkkür edib.
Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.