“Hamas” hərəkatı Tel-Aviv istiqamətinə raket hücumu həyata keçirdi.
Yayılan məlumata görə, Tel-Aviv istiqamətinə 130 raket buraxılıb.
İsrail medyasının məlumatına görə, səkkiz nəfər yaralanıb, onların arasında beş yaşlı uşaq da var.
Raketlərdən biri Holonda avtobus durağına düşüb və dörd nəfərin yaralanmasına səbəb olub.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Sirenlərin səsi Tel-Avivin şərqində, Ben Qurion hava limanından da eşidilir.
İsrail müdafiyə qüvvələri sosiyal şəbəkələrdə raket hücumlarını əks etdirən kadrlar yayırlar.
İsrail və Qəzza sərhədində vəziyyət mayın 10-da gərginləşdi və Qəzza sektorundan İsrail istiqamətinə doğru raketlər buraxıldı.