Hakimlər Konfransı Ali Ədliyyə Şurasının dörd hakim üzvünü seçdi
Hakimlər Konfransı Ali Ədliyyə Şurasının dörd hakim üzvünü seçdi

Hakimlər Konfransı Ali Ədliyyə Şurasının dörd yeni hakim üzvünü seçdi. Yeni seçilmiş üzvlərdir: Badri Şoniya, Temur Qoqoxiya, Qoça Abuseridze və levan Mikaberidze.

Səsvermədə konfransın iştirakçı 291 hakim iştirak etdi. Namizədləri konfrans iştirakçılarının böyük hissəsi dəstəklərdi.

Qoça Abuseridzenin bəyan etydiyinə görə, bütün spektrin nümayəndəsi ilə əməkdaşlıq etməyə hazırdır. Şuranın yeni seçilmiş üzvləri bu gün aksiya iştirakçılarının dəyərləndirməsi ilə razılaşmırlar ki, hansına da əsasən “onları yalnız ona görə seçdilər ki, hakimlərin nüfuzlu qruplarının himayəsi ilə yararlanırlar”. Onların dediyinə görə, yenu üzvlərin seçilməsi prosesi şəffaf idi və namizədləri hakimlərin özləri adlandırdılar.

Şuranın dörd hakim üzvü – Dimitri Qvritişvili, Vasil Mşvenieradze, İrakli Şenqelaiya və İrakli Bondarenkonun səlahiyyəti 24 iyunda tükənir.

Hakimlərin konfransına paralel olaraq, Ali Ədliyyə Məktəbi qarşısında bu gün aksiya keçirildi. Toplaşanlar prosesin başqa vaxta keçirilməsini tələb edirdilər və bəyan edirdilər ki, hakimiyyət “məhkəmə klanının gücləndirilməsinə” çalışır.