Hakimiyyət və müxalifət arasında xarici diplomatların iştirakı ilə növbəti görüş keçiriləcək
Bu gün “Şeraton” mehmanxanasında xarici diplomatların iştirakı ilə hakimiyyət və müxalifət arasında növbəti görüş keçiriləcək.
İlk iki görüş 30 noyabr və 8 dekabrda keçirildi. Hakimiyyət nümayəndələri bəyan edirlər ki, diplomatik korpusun təklifini nəzərə aldılar və görüşə razılaşdılar.
Növbəti görüşdə də müzakirənin əsas movzusu seçki sitemi olacaq. Bu mərhələdə saat 12:00 üçün planlaşdırılmış görüşdə konkret olaraq kimin iştirak edəcəyi məlum deyil.