Hakim Samxarauli Milli Ekspertiza Bürosunun rəyini Saakaşvilinin cəzasının təxirə salınması işinə əlavə edib
Hakim Samxarauli Milli Ekspertiza Bürosunun rəyini Saakaşvilinin cəzasının təxirə salınması işinə əlavə edib

 
Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə prosesi davam edir. Məhkəmədə məlum olduğu kimi, hakim Qiorqi Arevadze işə Samxarauli Milli Ekspertiza Bürosunun rəyini əlavə edib.

Söhbət Ədliyyə Nazirliyinin sifarişi ilə Levan Samxarauli Milli Ekspertiza Bürosunun rəyindən gedir, rəyə əsasən, “Empatia” Mərkəzinin Saakaşvili ilə bağlı qoyduğu diaqnozlar etibarlı deyil və yalandır.

Saakaşvilinin müdafiə tərəfi işə rəyin əlavə edilməsinin əleyhinə çıxıb. Vəkillər bunun hüquqi cəfəngiyyat olduğunu və hakimin buna heç bir əsasının olmadığını bildiriblər.

Hakim Qiorqi Arevadze prosesdə Ədliyyə Nazirliyinin sözügedən ekspertizanı sifariş  etmək üçün qanuni səlahiyyəti olduğunu bildirib.