Hakim Roman Xorava - savadsızlıq, vəhşilik və utancverici  - bu, 5 iyulda baş verən hərəkətlərin qiymətləndirməsidir
Hakim Roman Xorava - savadsızlıq, vəhşilik və utancverici - bu, 5 iyulda baş verən hərəkətlərin qiymətləndirməsidir

 

İyulun 5-də Rustaveli prospektində mətbuat vasitələrinin nümayəndələrinə yönəlik həyata keçirilən fiziki zorakılıq və zorakılıq təhdidi ilə peşə fəaliyyətinə mane olma faktı ilə əlaqədar ittiham olunan 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Qərar hakim Roman Xorava tərəfindən elan edildi. Bununla yanşı , o, 5 iyul hadisələrini qınadı və qərarın Gürcüstan adından verildiyini qeyd etdi.

“Bütün bunlar savadsızlıq, vəhşilik və utancvericidir. Bu , orada baş verən hərəkətlərin qiymətləndirilməsidir. Qərarı Gürcüstan adından verirəm. Hərəkətləriniz təhlükə daşıyıcısıdır, təsdiqlənmiş ehtimal standardı ilə, yeni bir cinayət törətmə riski daşıyır. Prokurorluqla tam razıyam və prokurorluğun vəsatətini təmin edirəm”- deyə hakim Roman Xorava iclasda qeyd edib.