Hakim Mixeil Saakaşvilinin həbsdən azad edilməsi məsələsi ilə bağlı qərarı ehtimal ki, gələn həftə açıqlayacaq
Hakim Qiorqi Arevadze Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbsdən azad edilməsi və ya cəzasının təxirə salınması məsələsi ilə bağlı qərarı ehtimal ki, gələn həftə açıqlayacaq.
Fevralın 6-da tərəflər yekun nitqlə çıxış edəcək, bundan sonra da hakim müşavirəyə gedəcək.
Penitensiar Xidmətin nümayəndəsi Nika Abramişvili 3 şahidin dindirilməsindən sonra qalan 7 şahidin buraxılacağını açıqlayıb. Bundan əvvəl Saakaşvilinin vəkili Şalva Xaçapuridze 9 şahidi buraxıb.