Hakerlər yüzlərlə alman siyasətçilərinin şəxsi məlumatlarını yaydılar
Hakerlər yüzlərlə alman siyasətçilərinin şəxsi məlumatlarını yaydılar.
Bu barədə məlumatı ARD yayır.
Alman media-vasitəsinin məlumatına görə, kiber-cinayətkarlar Bundestaqın bütün partiyalarının nümayəndələrinin kredit kartlarını, məktublarını, pasportlarını, ünvanlarını, telefon nömrələrini və digər partiya daxili sənədlərin kopyalarını internetə yerləşdiriblər.
ARD-ın məlumatına görə, kiber-cinayətkarlar hələ də tapılmayıblar.
Siyasətçilərə edilən kiber-hücumun motivi də naməlumdur.
Alman media-vasitəsinin yaydığı məlumata görə, siyasətçilərin şəxsi məlumatları mikrobloq “Tvitter” vasitəsi ilə, “Yeni il sürprizi” adı ilə dekabrın sonunda yayıldı, ancaq bu fakt yanvarın 3-də bilindi.