Hakan Fidan – Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır.
Fidanın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında ortaq dil tapmaq davam edir, lakin o qeyd edib ki, heç bir tərəf prosesdə uduzan tərəf kimi görünmək istəmir.
“Ədalətli həll yolu tapmaq lazımdır. Bizim hər iki tərəflə xüsusi münasibətlərimiz var. Biz hər iki tərəfi dinləyirik, amma dost həmişə acı həqiqəti deyir, biz də belə edirik. Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır. Hər iki tərəfin yorğunluğu 2025-ci ildə yeni vəziyyət yarada bilər. Baxaq, vəziyyət necə olacaq”. – dedi Fidan.