Haitidə cinayətkar qrup vətəndaşlara atəş açıb, nəticədə azı 70 nəfər həlak olub
Haitidə cinayətkar dəstə vətəndaşlara atəş açıb, azı 70 nəfər həlak olub. 6000-dən çox insan qaçmağa məcbur olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, silahlı şəxslər Haitinin paytaxtı Port-o-Prins yaxınlığındakı şəhərdə kütləvi atışma başlayıb, avtomobilləri və evləri yandırıblar.
BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Təmin Əl-Xitani qeyd edib ki, ölənlər arasında 10-a yaxın qadın və üç azyaşlı uşaq var. Onun sözlərinə görə, cinayətkar qrup azı 45 ev və 34 avtomobili yandırıb.
Qurbanların sayının daha çox olduğu ehtimal edilir.
Haitinin baş naziri Qari Konellinin sözlərinə görə, hücum təcili və güclü cavab tələb edir.
“Qran Qrif” cinayətkar qrupunun lideri Luxon Elan bildirib ki, bu, polis onların dəstə üzvlərini öldürərkən vətəndaşların susmasına cavabdır.