Hadas Meitsadi – İrana İsraili və bütün bölgəyi təhdid edən sabitliyi pozan terror əməliyyatlarını davam etdirmək qadağan edilməlidir
İrana İsraili və bütün bölgəyi təhdid edən sabitliyi pozan terror əməliyyatlarını davam etdirmək qadağan edilməlidir,- bu barədə İsrailin Gürcüstandakı səfiri Hadas Meitsadi sosial şəbəkədə yazır.
Onun bəyanatına görə, ABŞ, Böyük Britaniya və digər müttəfiqlər sözdə və əməldə İsrailin yanındadırlar.
“Ötən gecə terrorun dövlət himayədarı olan İran İsrailə yüzlərlə raket və pilotsuz uçuş aparatı buraxaraq qəddar və görünməmiş hücuma keçib. İsrail Müdafiə Qüvvələri beynəlxalq müttəfiqlər və qüvvələrlə əməkdaşlıq edərək raketlərin əksəriyyətini zərərsizləşdirməyə müvəffəq olublar. Biz bütün ssenarilərə hazırıq. Biz vətəndaşlarımızı necə qoruyacağımızı biləcəyik.
ABŞ, Böyük Britaniya və digər müttəfiqlər sözdə və əməldə İsrailin yanındadırlar. Biz İsrailə dəstək və İranın təcavüzünü pisləməklə bağlı onlarla bəyanat gördük.
İranın təhlükəli hərbi nüvə ambisiyaları ilə yanaşı, İsraili və bütün bölgəyi təhdid edən sabitliyi pozan terror əməliyyatlarını davam etdirməsinin qarşısı alınmalıdır.
Hazırda “HƏMAS” terror təşkilatı tərəfindən vəhşicəsinə əsir götürülmüş 133 girovu azad etmək üçün əlimizdən gələni edirik, lakin “HƏMAS” hələ də bundan imtina edir və əsassız tələblər irəli sürməkdə davam edir. 190 gündən çox vaxt keçdi. Onların dərhal azad edilməsinə çağırışda bizə qoşulun”, – deyə səfir Hadas Meitsadi yazır.