"Habertürk"ün göstəricilərinə əsasən Türkiyə prezident seçkiləri ilə əlaqədar Gürcüstanda açılan seçki məntəqələrində 600-dən çox seçici iştirak edib
"Habertürk"ün göstəricilərinə əsasən Türkiyə prezident seçkiləri ilə əlaqədar Gürcüstanda açılan seçki məntəqələrində 600-dən çox seçici iştirak edib

 
Türkiyə prezident seçkiləri ilə əlaqədar Gürcüstanda açılan seçki məntəqələrində 600-dən çox seçici öz mövqeyini ifadə edib.

“Habertürk”ün göstəricilərinə əsasən seçicilərin 63,58 faizi birləşmiş müxalifətin namizədi Kamal Kılıçdaroğluna səs verib, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan isə 31,34 faiz səslə ikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, Türkiyədə ilkin göstəricilərə görə, məntəqələrin 98 faizi sayılıb. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 49,35 faizlə birinci, birləşmiş müxalifətin namizədi Kamal Kılıçdaroğlu isə 45 faizlə ikinci yerdə qərarlaşıb.

Prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, ikinci tur təyin olunur.