Haaqa nəhkəməsi Ukraynanın Rusiyaya qarşı şikayətinin müzakirəsinə başlayıb
Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin ilk iclası keçirilir, iclasda Rusiyanın Ukraynaya təcavüzü zamanı törətdiyi hərbi cinayətlər araşdırılmalıdır.
Məhkəmə salonunda Rusiyanın oxşar cinayətlər törətdiyini inkar edən Rusiya nümayəndələri yoxdur.
Ukraynanın nümayəndəsi Anton Kornieviç hakimlərə müraciət edərək, bildirib ki, Rusiya Ukraynanı işğal etmək üçün yalandan istifadə edib və mülki insanları bombalayır.
“Bu gün biz “Sülh sarayı” adlanan binadayıq, lakin evimdə ölkəm müharibə təcavüzü ilə üz-üzədir. Mən “Böyük Ədalət Salonu” adlanan salonda dayanmışam, lakin mənim ölkəmdə həmvətənlərim Rusiyanın ədalətsiz bombardmanının şahidi olurlar. İndi mən sizin qarşınızdaykən ukraynalılar ölümcül hücuma məruz qalırlar. Milyonlarla insan təhlükə altındadır. Rusiyanın təcavüzü nəticəsində 1,5 milyon insan ölkəni tərk etdi, daha çox insan məcburi köçkünə çevrildi. 50 mindən çox insan, əsasən də qadınlar və uşaqlar Kiyev metrosunun tunellərinə sığınıblar. Körpələr sığınacaqlarda doğulur. Rusiya prezidentinin sözlərinə görə, bu müharibənin məqsədi xalqı soyqırımdan qorumaqdır, bu, dəhşətli yalandır. Ukrayna soyqırım törətməyib. Rusiya, onun siyasi rəhbərliyi və hərbi personalı Ukrayna ərazisində insanlığa qarşı və hərbi cinayətlər törədib. Rusiya mövcud olmayan soyqırımı dayandırmaq üçün suveren bir dövləti işğal edə biləcəyini düşünür. Mən Rusiyaya demək istəyirəm ki, sivil xalqlar kimi bu münaqişəni həll edək. Ukrayna bu məhkəmənin qanunlarına hörmət edir. Rusiya da bunu etməlidir, lakin əgər Rusiya beynəlxalq hüquq normalarına qayıtmasa, məhkəmənin özü bunu etmək səlahiyyətinə malikdir. Ukraynalılar, Ukrayna hökuməti, Ukrayna prezidenti sizi təcili olaraq müvafiq tədbir görülməsi üçün Ukraynanın müraciətini təmin etməyə çağırır”- deyə Kornieviç bildirib.