Haaqa Məhkəməsi Serqey Şoyqu və Valeri Qerasimovun saxlanılmasına dair order verib
Haaqa Məhkəməsi Serqey Şoyqu və Valeri Qerasimovun saxlanılmasına dair order verib

 
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Serqey Şoyqu və Baş Qərargah rəisi Valeri Qerasimovun saxlanılmasına dair order verib.

Şoyqu və Qerasimov haqda orderlər Ukraynaya müdaxilə zamanı törədilən cinayətlərə görə verilib.

Haaqa Məhkəməsinin hakimlərinin müəyyən etdiyi kimi, Şoyqu və Qerasimovun ən azı 2022-ci ilin oktyabrın 10-dan 2023-cü ilin martın 9-dək olan dövrdə Rusiya ordusu tərəfindən Ukraynanın enerji infrastrukturuna həyata keçirilmiş hücumlara görə məsuliyyət daşıdığına dair əsaslı şübhə var. Məhkəmənin bəyanatına əsasən, qeyd olunan dövrdə Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynanın müxtəlif bölgəsində çox sayda elektrik stansiyalarına və yarımstansiyalara çoxlu zərbələr endirilib.