"HƏMAS"ın siyasi bürosunun rəhbəri – Heç kim "HƏMAS"ı İsraili legitim dövlət kimi tanımağa məcbur edə bilməz
"HƏMAS"ın siyasi bürosunun rəhbəri – Heç kim "HƏMAS"ı İsraili legitim dövlət kimi tanımağa məcbur edə bilməz

 
Heç kim “HƏMAS”ı İsraili legitim dövlət kimi tanımağa məcbur edə bilməz – bu haqda “HƏMAS”ın siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvar bildirib.

Fələstinli qrupların tərksilah edilməsi və Fələstinin milli birlik hökumətinin yaradılması təşəbbüslərindən danışarkən “HƏMAS”ın nümayəndəsi qeyd edib ki, heç kim müqavimət hərəkatını silahı yerə qoymağa məcbur edə bilməz.

“Biz İran və digər tərəflərlə heç vaxt münasibətləri kəsməyəcəyik. Biz Fələstini azad etmək, millətimizə müstəqillik hüququ vermək üçün döyüşçü və inqilabçıyıq. Biz insan hüquqları qanunlarına uyğun olaraq işğalçılarla mübarizə aparacağıq və millətimizi qorumaq üçün hərbi qüvvələrimizi gücləndirməyə davam edəcəyik. Fələstinli məhbuslar azad edilmədən, israilli məhbuslar heç vaxt azad edilməyəcəklər” – Yəhya Sinvar bildirib.