“HƏMAS” və “Hizbullah” nümayəndələri İran prezidentinin və digər həlak olanların matəm mərasimində iştirak ediblər
“HƏMAS” və “Hizbullah” nümayəndələri İran prezidentinin və digər həlak olanların matəm mərasimində iştirak ediblər

Tehranda helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və digərlərinin matəm mərasiminə İran və regionun rəsmiləri iştirak ediblər. Onların arasında “HƏMAS”ın nümayəndəsi və “Hizbullah” liderinin müavini də var.

Dəfn mərasimindən əvvəl namazı İranın ruhani lideri Ayətullah Əli Xamenei qılıb. İbrahim Rəisini sabah, mayın 23-də prezidentin doğulduğu Məşhəd şəhərində dəfn ediləcək.