“HƏMAS” İran əməliyyatının İsrailin İran konsulluğuna hücumuna və “İran İnqilabı Keşikçiləri Korpusu”nun bir neçə liderinin öldürülməsinə layiqli cavab olduğunu bildirir
“HƏMAS” İranın İsrailə hücumunu alqışlayır və bunun layiqli cavab olduğunu bildirir.
Bu barədə “Times of Israel” məlumat yayır.
“Biz hesab edirik ki, İranın keçirdiyi hərbi əməliyyat onların təbii haqqıdır və İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumuna və “İran İnqilabı Keşikçiləri” Korpusunun bir neçə liderinin öldürülməsinə layiqli cavabdır”, – deyə “HƏMAS” bildirir.
İsrail mediası İranın İsrail istiqamətində onlarla pilotsuz uçuş aparatını buraxdığını bildirib. Daha sonra İranın İsrail istiqamətində ballistik raketlərin ilk dalğasını buraxdığı bildirilib. Bununla yanaşı, İranın BMT-dəki nümayəndəliyi bəyanat yayaraq bildirib ki, BMT Nizamnaməsinin özünümüdafiə haqqında 51-ci maddəsinə əsasən, İranın hərbi hərəkəti sionist rejimin Dəməşqə təcavüzü, diplomatik binalara hücumuna cavabdır və “məsələni qapalı hesab etmək olar”.