HƏMAS ilə atəşkəs razılaşmasının həyata keçirilməsinə bir neçə saat qalmış İsraildə minlərlə insan küçələrə axışıb
HƏMAS ilə atəşkəs razılaşmasının həyata keçirilməsinə bir neçə saat qalmış İsraildə minlərlə insan küçələrə axışıb. Təl-Əvivdə minlərlə nümayişçi əsir ailələrinin bir ildən artıqdır ki, nümayişlər keçirdiyi “Girov meydanı” adlanan yerə toplaşıb.
Altı həftə davam edəcək atəşkəs razılaşmasının birinci mərhələsində Həmas və müttəfiqləri tərəfindən saxlanılan 33 israilli girov azad edilməlidir. Onların hamısının sağ olub-olmaması məlum deyil.
Oktyabrın 7-də İsrailin cənubuna hücum zamanı HƏMAS və müttəfiqləri tərəfindən əsir götürülən 251 nəfərdən 94-ü hələ də əsir saxlanılır. İsrail hökumətinin məlumatına görə, onlardan ən azı 34-ü ölüb. Artıq 150-dən çox girov qaytarılıb. Eyni zamanda, Təl-Əviv və İsrailin digər şəhərlərində də müharibənin dayandırılması və Benyamin Netanyahu hökumətinin istefası tələbi ilə hökumət əleyhinə nümayişlər keçirilib. Polisin məlumatına görə, Qüdsdə keçirilən etiraz aksiyasında 3 nəfər həbs edilib.