Gəliri lari ilə olan şəxslər üçün bir milyon lara qədər kredit yalnız milli valyutada verilir
2026-cı il 1 iyuldan etibarən bir milyon lara qədər kreditlər yalnız milli valyutada veriləcək. Bu məhdudiyyət lari ilə gəlir əldə edən şəxslərə şamil olunur. Yeni qayda xarici valyutada gəlir alan insanlara, istər avro, istər dollar olsun, tətbiq edilmir.
Natia Turnavanın əmrinə əsasən, kredit verən təşkilatlar tərəfindən 1 000 000 lara qədər olan kredit və ya bank borcu yalnız lari ilə verilməlidir. Yalnız o hallarda istisna tətbiq olunur ki, borcalanın gəliri məzənnə dəyişməsindən tam qorunmuş olsun.
Sənəddə qeyd olunur ki: “Borcalan kreditin qaytarılması üçün kifayət edən gəliri tam şəkildə kreditin valyutasında əldə edirsə, bu gəlir kreditin valyutasında əldə edilmiş hesab olunur. Gəlir mənbəyi kreditin müddəti ərzində valyuta məzənnəsinin dəyişməsinə həssas deyilsə və həmin gəlirin mənbəyi kredit valyutasının milli valyuta olduğu ölkə ilə bağlıdırsa, bu halda gəlir kreditin valyutasında əldə edilmiş sayılır.”