“GWP”-nin istifadəçilərin şirkətin – 293111 qaynar xəttinə qoşulması texniki nasazlığa görə müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu barədə məlumatı şirkət yayır.
“Bu gün, yanvarın 20-də saat 15:00-dan telefon şəbəkəsində texniki əngəllər müşahidə olundu. Qeyd olunan müddət ərzində istifadəçilər “GWP”-nin feysbuk səhifəsi və internet saytının onlayn çatı vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.
Rabitə şəbəkəsindəki texniki nasazlıq aradan qaldırılan kimi, şirkətin “qaynar xətt” xidməti bərpa olunacaq”,- bəyanatda deyilir.