"Ğvarli Tba" mehmanxansı yaxınlığında aksiyada inzibati qayda ilə 16 nəfəri yaxaladılar
Kaxetidə, “Ğvarli Tba” mehmanxansı yaxınlığında aksiyada inzibati qayda ilə 16 nəfəri yaxaladılar, – qeyd olunan məlumatı Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalı təsdiqlədilər.
“Milli Hərəkatın” təşkilatçılığı ilə aksiyanın keçirildiyi mehmanxana yaxınlığında vəziyyət mehmanxa ərazisindən miktoavtobusun çıxmasından sonra gərginləşdi. Aksiya iştirakçılarının məlumatına görə, mikroavtobusda Rusiyadan gələn müsafirlər otururdular. Aksiya iştirakçıları mikroavtobusa yumurtalar atmağa başladılar, nəticədə hüquqmühafizəçilər və aksiya iştirakçıları arasında qarşıdurma baş verdi.
Yayılan məlumata görə, Rusiya Xarici İşlər naziri, Sergey Lavrovun ailə üzvləri “Ğvarli Tba” mehmanxansındadılar, burada da şənliyin keçirilməsi planlaşdırılır. Dünən yayılan bəyanatda deyilir ki, Rusiya Xarici İşlər naziri, Sergey Lavrovun ailə üzvləri “Ğvarli Tba” mehmanxansında olması həqiqətə uyğun deyil, Lavrov soyadı ilə mehmanxanada müsafir qeydə alınmır və buna qədər da alınmayıb.