Ğvarelidə təbii fəlakət əhaliyə ziyan vurub. Təsərrüfat sahələri və torpaqları dolu vurub.
Bununla yanaşı, güclü yağış nəticəsində onlarla evi su basıb.
Elektrik dirəkləri də zədələnib, nəticədə şəhərin bir hissəsi işıqsız qalıb.
Hadisə yerində Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin nümayəndələri işləyirlər. Səth sularının kənarlaşdırılması işləri aparılır.
Təbii fəlakətin vurduğu ziyanı hesablamaq üçün yəqin ki, sabahdan xüsusi komissiya yaradılacaq.