Quru Nəqliyyat Agentliyi - Gürcüstanda qeydiyyatda olan daşıyıcılarda işləyən Gürcüstan vətəndaşlığı olan sürücülərdən Rusiyaya daxil olmaq üçün artıq viza tələb olunmur
2023-cü ilin mayın 15-dən Gürcüstan vətəndaşları Rusiyaya müəyyən müddətə, 90 gündən çox olmamaq şərti ilə vizasız gedə bilər – bu haqda məlumatı Quru Nəqliyyatı Agentliyi yayır.
Qurumun məlumatına görə, Gürcüstan vətəndaşlığı olan sürücülərin də vizaya ehtiyacı olmayacaq.
“Beləliklə, Gürcüstanda qeydiyyatda olan daşıyıcılarda işləyən Gürcüstan vətəndaşlığı olan sürücülərin artıq vizaya ehtiyacı olmayacaq”, – Quru Nəqliyyatı Agentliyindən bildiriblər.