Quru Nəqliyyat Agentliyi - intensiv yağış səbəbindən müştərilərlə əlaqə xidmətinin Tbilisi filialında texniki nasazlıq yaranıb, ofis saat 9 yox, 12-də açılacaq
Quru Nəqliyyat Agentliyinin Müştərilərlə Əlaqələr Xidmətinin Tbilisi filialı səhər saat 9:00 deyil, saat 12:00-da açılacaq. Məlumatı Quru Nəqliyyat Agentliyi yayır.
Agentliyin yaydığı məlumata əsasən, yuxarıda qeyd olunanlara səbəb güclü yağış nəticəsində yaranan texniki nasazlıq olub.
“Nəzərinizə çatdırırıq ki, intensiv yağış səbəbindən müştərilərlə əlaqə xidmətinin Tbilisi filialında texniki nasazlıqlar yaranıb və bu səbəbdən ofis səhər saat 09:00 deyil, saat 12:00-da açılacaq. Xahiş edirik bunu nəzərə alın və səfərinizi qeyd edilmiş vaxta uyğun planlaşdırın. Yaranan narahatlığa görə üzr istəyirik”, -deyə məlumatda deyilir.