Gürcüstanlı "Hulk" əfsanəvi Kanada çempionunu asanlıqla məğlub etdi#1TVSPORT
Gürcüstanlı "Hulk" əfsanəvi Kanada çempionunu asanlıqla məğlub etdi#1TVSPORT

Müasir qol güləşinin əfsanəvi çempionları ikinci dəfə üz-üzə gəliblər. İstanbulun ev sahibliyi etdiyi mötəbər “East vs West” tədbirində təbii ki, super ağır çəki dərəcələri xüsusi maraq kəsb edirdi.

Gürcüstanlı “Hulk” adlanan Levan Saqinaşvili karyerasında ikinci dəfə Kanada çempionu Devon Laratla qarşılaşıb və onu yenidən asanlıqla 4:0 məğlub edib.

Saqinaşvili Larata dörd dəfə əlini qydurdu və kanadalı yalnız ilk döyüşdə müəyyən müqavimət göstərə bildi.

Xatırladaq ki, məğlubedilməz gürcü qol güləşçisi zədə səbəbindən bir il yarışa bilməyirdi. Lakin Levan Saqinaşvili uzun fasilədən sonra zəfərlə qayıdıb və çempionluq kəmərini Devon Laratdan alıb.

“East vs West” turniri gürcü güləşçilərinin tam üstünlüyü ilə keçdi – Levan Saqinaşvili ilə yanaşı, İrakli Zirakişvili və Davit Samuşia çempion oldular.