Gürcüstanın Yunanıstandakı səfirliyinin məlumatına görə, Afinadakı qeyri-qanuni mühacirlərin düşərgələrindən birində baş verən iğtişaşlar zamanı Gürcüstan vətəndaşlarından xəsarət alan olmayıb
Gürcüstanın Yunanıstandakı səfirliyinin məlumatına görə, Afinadakı qeyri-qanuni mühacirlərin düşərgələrindən birində baş verən iğtişaşlar zamanı Gürcüstan vətəndaşlarından xəsarət alan olmayıb.
“2023-cü ilin iyulun 26-da gecə saat ikidə iğtişaşlar başlayıb. Yunanıstanın müvafiq xidmətləri hadisə yerinə səfərbər edilib.
Səfirlik məlumatı aldıqdan sonra düşərgədə olan Gürcüstan vətəndaşları ilə daimi əlaqə saxlayır.
Səhər saat üç radələrində Gürcüstanın aidiyyatı qurumlarının və vətəndaşlarının bizə təsdiqlədiyi kimi, artıq ərazidə sakitlik hökm sürürdü və Gürcüstan vətəndaşlarının hamısı təhlükəsiz ərazidədir.
Xatırladırıq ki, fors-major/təcili zərurət yarandıqda Gürcüstan səfirliyinin fasiləsiz fəaliyyət göstərən qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Qaynar xətt +306952220000”, – bu barədə Gürcüstanın Yunanıstandakı səfirliyinin məlumatında deyilir.