Gürcüstanın yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sahəsində uğurlu təcrübəsini bölüşmək üçün Türkmənistan nümayəndələri prokurorluqda olublar
Gürcüstanın yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sahəsində uğurlu təcrübəsini bölüşmək üçün Türkmənistan nümayəndələri prokurorluqda olublar

Türkmənistan Respublikası Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Sosial Müdafiə və Əmək Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Türkmənistan bölməsinin nümayəndələri yetkinlik yaşına çatmayanların ədalət məhkəməsi sahəsində Gürcüstanın uğurlu təcrübəsini bölüşmək üçün Gürcüstan Prokurorluğunda işgüzar səfərdə olublar

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun təşkil etdiyi işgüzar səfər çərçivəsində Gürcüstan Prokurorluğunun nümayəndələri qonaqlara prokurorluq tərəfindən yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sahəsində aparılan islahatlar, qanunvericiliyin tətbiqi prosesi, özəllikləri barədə, yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sahəsində ixtisaslaşmış prokurorların fəaliyyəti, cinayət təqibinin alternativ mexanizmləri, uşaqlara dost yanaşmaların prioritet istifadəsi və qurumlararası koordinasiyalı fəaliyyətin əhəmiyyəti haqqında məlumat veriblər. Həmçinin, prokurorluq orqanlarının yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi istiqamətində əldə etdiyi uğurlu nəticələr barədə məlumat verilib.

Səfər çərçivəsində Türkmənistan Respublikası nümayəndə heyətinin üzvləri Rustavi rayon prokurorluğunda uşaqlar üçün əlverişli şəraitə nəzər saldılar və azyaşlılara qarşı ədalət mühakiməsinin həyata keçirilməsində az stresli mühit, konfidensiallığın qorunması ilə, beynəlxalq standartlara uyğun, uşaqlar üçün əlverişli müsahibə/dindirilmə prosedurları haqqında məlumat aldılar.

Gürcüstan Baş Prokurorluğunun Nəzarət və Strateji İnkişaf Departamentinin əməkdaşları onları maraqlandıran bütün məsələlərlə bağlı nümayəndə heyətinin üzvlərinə ətraflı məlumat veriblər.

Nümayəndə heyətinin üzvləri onları maraqlandıran məsələləri bölüşdüklərinə görə Gürcüstan Prokurorluğunun nümayəndələrinə minnətdarlıqlarını bildiriblər və yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi məsələlərində bundan sonra da əməkdaşlığı davam etdirmək istəklərini bildiriblər. Gürcüstan Prokurorluğu yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi məsələləri üzrə uğurlu təcrübəsini digər ölkələrlə bölüşmək istiqamətində əməkdaşlığı gələcəkdə də fəal şəkildə davam etdirəcək.

Bu barədə məlumatı prokurorluğun mətbuat xidməti yayıb.