Gürcüstanın yeddi böyük şəhərində gecə saatlarında hərəkətə məhdudiyyət bu gündən qüvvəyə minəcək
Gürcüstanın yeddi böyük şəhərində gecə saatlarında hərəkətə məhdudiyyət bu gündən qüvvəyə minəcək

Gürcüstanın yeddi böyük şəhərində gecə saatlarında hərəkətə məhdudiyyət bu gündən qüvvəyə minəcək. Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət saat 22:00-dan saat 05:00-a qədər qadağan ediləcək. Qərarı idarələrarası koordinasiya şurası 7 noyabr iclasında qəbul etdi.

Məhdudiyyət necə piyada, eləcə də nəqliyyat və şəxsi avtomobillə hərəkət edənlərə aid olacaq.

Koordinasiya şurasının qərarı ilə məhdudiyyət beynəlxalq yükdaşımalara, operativ qərargahla razılaşdırılaraq xidmət səlahiyyətini mütləq yerinə yetirməli olan şəxslərə, o cümlədən tibb və farmasevtik təyinatlı, strateji əhəmiyyətli obyektlərə və mediya nümayəndələrinə və çatdırma servisinə aid olmayacaq.

Şuranın qərarına müvafiq olaraq, bütün təşkilatlar saat 22:00-a qədər işləyəcəklər, tibb və farmasevtik təyinatlı və strateji əhəmiyyətli obyektlərdən başqa.

“Həmçinin, bu şəhərlərdə munisipal nəqliyyatda insanların sayının məhdudlaşdırlması barəsində xüsusi tədbirlər görüləcək. Gündüz nəqliyyatla hərəkət məhdudlaşdırlmayacaq”, – koordinasiya şurasının qərarında qeyd olunur.

Baş nazir müavini, Maya Tskitişvilinin açıqlamasına görə, əlavə nöqtəli məhdudiyyətlər çərçivəsində, hərəkət etməyə tədbiq olunan məhdudidiyyətin pozulmasına görə fiziki şəxs 2 000, hüquqi şəxs 10 000 lari ilə cərimələnəcək.