Gürcüstanın Yaponiyadakı səfiri güclü zəlzələ zamanı sürət qatarında olduğunu sosial şəbəkədə yazıb, indiyədək qatarın hərəkəti dayandırılıb
Gürcüstanın Yaponiyadakı səfiri bu gün baş verən güclü zəlzələ zamanı sürət qatarında olub.
Teimuraz Lejava uşaqlarla çəkdirdiyi şəkli “Twitter”də paylaşıb. Diplomatın yazdığı kimi, təbii fəlakət səbəbindən qatar dayanıb və səfirin qatarı nə vaxt tərk edə biləcəyi hələlik məlum deyil. Telefon ve internet var.
“Mən istərdim ki, birinci növbədə təhlükəsizlik olsun və üstünlük zərər çəkmiş və köməyə ehtiyacı olan rayonlara verilsin” – Lejava öz “Twitter” səhifəsində yazır.
Yaponiyanın Meteorologiya Xidməti zəlzələnin yaxın bir neçə saat ərzində təkrarlanacağını istisna etmir. Bununla yanaşı, Yaponiya hakimiyyəti nüvə obyektlərində heç bir insident olmadığını açıqlayır.
Məlumat üçün bildirək ki, bu gün Yaponiyada 7,6 bal gücündə zəlzələ baş verib və ardınca 50-yə qədər yeraltı təkan qeydə alınıb. Bu vaxt üçün fövqəladə hallar xidmətinə ən azı 6 nəfərin dağıntılar altında qaldığı barədə məlumat daxil olub. Fövqəladə Hallar Xidmətində açıqlandığı üzrə, zəlzələ nəticəsində azı 30 binaya ziyan dəyib. İşikava prefekturasında güclü yanğın baş verib. Magistral yollarda avtomobillərin hərəkəti dayandırılıb. İşikava prefekturası ilə Tokio arasında sürət qatarının hərəkəti də dayandırılıb. Sunami təhlükəsi elan edilib, lakin indiyədək dəniz sahilində yalnız bir metrlik dalğalar qeydə alınıb.