Gürcüstanın XİN - Gürcüstan və Kiprin xarici işlər nazirləri Gürcüstanın Avropaya inteqrasiya yolunda uğurlu irəliləyişini vurğulayıblar
Gürcüstanın XİN - Gürcüstan və Kiprin xarici işlər nazirləri Gürcüstanın Avropaya inteqrasiya yolunda uğurlu irəliləyişini vurğulayıblar

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili İŞİD-ə qarşı Qlobal Koalisiyanın Nazirlər Toplantısı çərçivəsində kiprli həmkarı İoannis Kasoulides ilə görüşüb.

Gürcüstan XİN-in məlumatına görə, nazirlər görüşdə Gürcüstan və Kipr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü və bu müddət ərzində formalaşan dostluq və tərəfdaşlıq əməkdaşlığını vurğulayıblar.

“Gürcüstanın Avropaya inteqrasiya prosesindən danışarkən Kipr tərəfi Gürcüstanı dəstəklədiyini bir daha bəyan etdi. Gürcüstanın Avropa gündəminin dönməzliyi qeyd edilib. Gürcüstanın bu istiqamətdə səyləri , əsasən də Assosiasiya Sazişinin imzalanmasından sonra gündəmdə nəzərdə tutulan islahatların həyata keçirilməsi, Aİ ilə siyasi və qanunvericilik yaxınlaşması , eləcə də ölkənin Avropaya inteqrasiya prosesinə yönəlik əhalinin güclü dəstəyi nöqteyi- nəzərdən vurğulanıb. Nazirlər Avropa İittifaqı tərəfindən Gürcüstan və Asosiativ Üçlük ölkələrinin səylərinə əlavə dəstəyin zəruriliyini qeyd ediblər ki, bu da mövcud regional və qlobal çağırış fonunda xüsusi əhəmiyyət kəsb edir. Region və Gürcüstandakı təhlükəsizlik mühitindən danışarkən Kipr tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək vurğulanıb”- deyə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirirlər.

Eyni məlumata əsasən, nazirlər ölkələr arasında xalqlararası və mədəniyyət sahəsində mövcud sıx və məhsuldar əməkdaşlığı yüksək qiymətləndirərək, münasibətlərin daha da möhkəmlənməsini təşviq etməyə hazır olduqlarını təsdiqləyiblər.