Gürcüstanın Xarici İşlər Nazirliyində polşalı həkimin insidenti ilə bağlı Polşanın səfir səlahiyyətlərini icra edən şəxslə görüş keçirilib
Gürcüstanın Xarici İşlər Nazirliyində polşalı həkimin insidenti ilə bağlı Polşanın səfir səlahiyyətlərini icra edən şəxslə görüş keçirilib

 

Gürcüstanın Xarici İşlər Nazirliyində Polşanın Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Mariuş Pietr Jak ilə görüş keçirilib.

XİN-dən Gürcüstanın Birinci Kanalına açıqlandığı üzrə nazirliyə Polşanın səfiri çağırılıbmış, lakin Mariuş Maşkievich hazırda Polşadadır.

Diplomat XİN-i tərk etdikdən sonra belə mətbuata açıqlama verməyib.

Gürcüstanın Xarici İşlər Nazirliyinin nümayəndələrinin “Vivamed” klinikasından Mixeil Saakaşvilinin bioloji nümunəsini götürməyə cəhd etdiyi iddia edilən polşalı həkimin məsələsi ilə bağlı Polşanın səfiri səlahiyyətlərini icra edən şəxsə sualları olub.

Penitensiar Xidmət iyulun 14-də polşalı həkimlərdən birinin məhkum Mixeil Saakaşvilidən götürülmüş nümunəni kağıza bükərək, ayaqqabısında gizlicə çıxarmağa cəhd etdiyinə dair məlumat yayıb.