Gürcüstanın Xarici İşlər Nazirliyi - Ukrayna səfirliyinin nümayəndəsinə "Georgian Airways"in sanksiyalaşdırılması ilə bağlı narahatlıq ifadə olunub, bu, gürcü tərəfinin fikrincə, əsassızdır
Gürcüstanın Xarici İşlər Nazirliyində Ukraynanın Gürcüstandakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında “Georgian Airways” aviaşirkətinin Ukrayna hakimiyyəti tərəfindən sanksiyalar siyahısına salınmasının görüşün məqsədi olduğu deyilib.
“Görüşdə sözügedən qərardan narahatlıq ifadə olunub, bu, gürcü tərəfinin fikrincə, əsassızdır. Bununla bağlı Ukrayna tərəfindən izahat istənilib.
Gürcüstanın Ukraynadakı səfiri də gürcü aviaşirkətinin sanksiyalaşdırılması ilə bağlı narahatlığını ifadə edib”- deyə Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 1-də “Georgian Airways” və Tamaz Qaiaşvili də daxil olmaqla 190 fiziki şəxs və 290 şirkətə sanksiya tətbiq edib.