Gürcüstanın Xarici İşlər Nazirliyi Belqrad məktəbində atışma nəticəsində həlak olanların ailələrinə və dostlarına başsağlığı verir
Gürcüstanın Xarici İşlər Nazirliyi Belqrad məktəbində atışma nəticəsində həlak olanların ailələrinə və dostlarına başsağlığı verir

 

Gürcüstanın Xarici İşlər Nazirliyi Belqrad məktəbində atışma nəticəsində həlak olanların ailələrinə və dostlarına başsağlığı verir. Müvafiq bəyanat nazirlik tərəfindən “Twitter” sosial şəbəkəsində dərc olunub. Hücumla əlaqədar Serbiyada üç günlük matəm elan edilib.

“Belqraddan məktəbdə baş vermiş atışma ilə bağlı dəhşətli xəbər gəldi. Bu dəhşətli hadisə nəticəsində həlak olanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların hamısının tezliklə sağalmasını arzulayırıq” -deyə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, səhər saatlarında Serbiyanın paytaxtında məktəblərdən birində 14 yaşlı şagird atəş açıb. Səkkiz uşaq və bir mühafizəçi həlak olub. Altı şagird və bir müəllim də yaralanıb.