Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşvili Ukraynanı tərk edib
Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşvili Ukraynanı tərk edib

Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşvili Ukraynanı tərk edib. Məlumatı Birinci Kanala Gürcüstanın Xarici İşlər Nazirliyindən təsdiqləyiblər.

Qiorqi Zakaraşvili dünən qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ona verdiyi 48 saat iyulun 6-da, saat 12:00-da başa çatıb.

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 3-də bildirib ki, o, Mixeil Saakaşvilinin Ukraynaya təhvil verilməsi məsələsi ilə bağlı Tbilisidə məsləhətləşmələr aparmaq üçün Gürcüstan səfirindən 48 saat ərzində Ukraynanı tərk etməsini xahiş edəcək.

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Zelenskinin bəyanatını şərh edib. Darçiaşvilinin qeyd etdiyi kimi, “Ukraynanın qərarı anlaşılmaz və əsassızdır, dostlar belə münasibətə layiq deyillər”.