Gürcüstanın Türkiyədəki Səfirliyi Gürcüstan vətəndaşları üçün bəyanat yayır
Gürcüstanın Türkiyədəki Səfirliyi Gürcüstan vətəndaşları üçün bəyanat yayır

Gürcüstanın Türkiyədəki Səfirliyi Gürcüstan vətəndaşları üçün bəyanat yayır.

“Türkiyə tərəfinin qərarı ilə, koronavirusun yayılmasının prevensiyası çərçivəsində, xaricdən Türkiyəyə daxil olmaq qaydaları dəyişdirilib: 2020-ci ilin dekabrın 28-dən, Türkiyə ərazisində daxil olan xarici ölkə vətəndaşları son 72 saat ərzində keçirilən PCR testin mənfi nəticəsini təqdim etməlidirlər.

PCR test nəticəsini təqdim edə bilməyən xarici vətəndaşlar özləri tərəfindən göstərilən ünvanda, öz təcrid qaydalarına riayət etməli olacaqlar. Öz təcrid yerləri müəyyən olmayanlar isə, səhiyyə xidmətləri tərəfindən təklif edilən karantin zonalarınnda qalacaqalr.

Qeyd olunan requlyasiya 2021-ci ilin mart ayına qədər qüvvədə olacaq” – deyilir səfirliyin bəyanatında.

Ankarada Gürcüstan Səfirliyinin qaynar xətti: +90 533 690 30 40; +90 539 220 82 80;

İstanbuldaki Səfirliyin qaynar xətti: +90 541 818 44 00;

Trabzon şəhərində Gürcüstan konsulluğunun qaynar xətti: +90 541 326 22 26.