Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar Gürcüstanın Türkiyədəki səfirliyi fövqəladə iş rejiminə keçib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
Nazirlikdən verilən məlumatda Gürcüstan vətəndaşlarının təbii fəlakət zonasında yerinin, vəziyyəti və ehtiyaclarının müəyyən edilməsi məqsədilə diplomatik nümayəndəliyin Türkiyə Respublikasının Fövqəladə Hallar Mərkəzi ilə daimi əlaqə saxladığı deyilir.
“Qeyd etmək lazımdır ki, təbii fəlakət zonasında avtomobil yollarına və hava limanlarına ziyan dəydiyi üçün nəqliyyatın hərəkətində ləngimə var, avtonəqliyyatın hərəkəti qadağan edilib. Bundan əlavə, vəziyyəti mürəkkəb meteoroloji şərait və təkrarlanan təkanlar ağırlaşdırır. Müvafiq olaraq, vəziyyət sürətlə dəyişir. Zərərçəkənlərin və həlak olanların sayı da dəyişir. Səfirliyin şəhər nömrələrinə, aktiv qaynar xəttlərə, həmçinin səfirin və səfirlik əməkdaşlarının sosial şəbəkələrinə iki gün ərzində Gürcüstan vətəndaşları və onların ailə üzvlərindən mindən çox telefon zəngi və müraciət daxil olub.
Bununla yanaşı, Gürcüstanın yüzdən çox vətəndaşı səfirliyə müraciət edib. Onların arasında 20-yə qədər vətəndaşın işi xüsusilə ağır olub. Onlardan indiki mərhələdə 14 vətəndaşın yeri müəyyən edilib. Onlarla ünsiyyət baş tutub. Onların həyatları təhlükədə deyil və 6 vətəndaşın yerinin müəyyənləşdirilməsi istiqamətində işlər hələ də davam etdirilir. Hazırkı mərhələdə iki Gürcüstan vətəndaşının ölümü təsdiqlənir. Gürcüstan səfirliyi vətəndaşların təhlükəsiz şəkildə çıxarılması və yardım göstərilməsi üçün alternativ yolların tapılması üzərində aktiv olaraq işləyir”- deyə XİN-in bəyanatında deyilir.