Gürcüstanın Türkiyədəki səfiri zəlzələ nəticəsində itkin düşmüş hesab edilən 10-dək Gürcüstan vətəndaşının əksəriyyətinin artıq tapıldığını bildirir
Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Cancğava zəlzələ nəticəsində itkin düşmüş hesab edilən 10-dək Gürcüstan vətəndaşının əksəriyyətinin artıq tapıldığını və axtarış əməliyyatlarının davam etdiyini bildirir. Bu barədə Qiorqi Cancğava Gürcüstanın Birinci Kanalına açıqlayıb. O, qaynar xəttin yaxşı işlədiyini bildirib.
“Hazırda yalnız bir Gürcüstan vətəndaşının dünyasını dəyişməsi qeydə alınır. İtkin düşən 10-dək vətəndaşın yarıdan çoxunu tapdıq, bizimlə əlaqə saxladılar. Axtarmağa davam edirik. Qaynar xətt uğurla işləyir. Məhz qaynar xətt vasitəsilə bizimlə əlaqə saxlayaraq Gürcüstan vətəndaşının ölümü ilə bağlı məlumat verdilər. Qohumunun, yaxınının Türkiyədə işlədiyini və ya başqa səbəbdən orada olduğunu bilən Gürcüstanda yaşayan vətəndaşlarımıza müraciət edirik ki, qaynar xətt vasitəsilə mümkün qədər bizimlə əlaqə saxlasınlar.
Ölkədə internet məhduddur, lakin bütün qüllələr zədələnməyib və hələ də bu və ya digər məlumatların bizə çata bilməsi ehtimalı var. İstənilən şəhər və bölgədə yaşayan vətəndaşlar haqqında məlumat yaxın saatlarda və günlərdə onları axtarmağa başlaya bilməyimiz üçün çox vacib və dəyərlidir. Biz başlamışıq, lakin daha dəqiq bilsək, harada və necə axtarış aparacağıq”-deyə Qiorqi Cancğava açıqlayıb.
O, səfirliyin Türkiyədə yaşayan Gürcüstan vətəndaşlarının yerini müəyyən etmək üçün hərtərəfli çalışdığını bildirib.
“Bildiyiniz kimi, Türkiyədə bir neçə on minlərlə Gürcüstan vətəndaşı var. Onlar əsasən İstanbul, İzmir, Qara dəniz sahilləri, Ankara və s. yaşayırlar. Artıq bir neçə nəfər konsulluq qeydiyyatındadır, onlarla əlaqə saxlayırıq. Müxtəlif qurumlarda çalışan vətəndaşlarımızla, o cümlədən idmançılarla əlaqə saxlamaq cəhdləri olub. Bundan irəli gələrək, tapmağı asanlaşdırmaq üçün bu və ya digər vətəndaşın bu axşam harada olduğunu müəyyən etmək məqsədilə əlimizdən gələni edirik” – deyə Qiorqi Cancğava açıqlayıb.
Gürcüstanın Türkiyədəki səfiri Baş nazir İrakli Ğaribaşvilinin Gürcüstandan xilasedicilərin Türkiyəyə göndərilməsi ilə bağlı dərhal qərar verməsinin çox yaxşı hal olduğunu bildirib.
“Türkiyədə həyəcan təbili çalınıb. Onlar dünyadan kömək istəyirlər. Gürcüstanın Baş nazirinin dərhal qərar verməsi çox yaxşı haldır. Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi İdarəsindən 65 nəfərlik qrup artıq yoldadır, xüsusi texnika, itlər və s. Qış fəsli olması və axtarış əməliyyatlarının aparılması çox çətin olduğu üçün Türkiyənin ehtiyac duyduğu qruplar bunlardır. Xilasetmə əməliyyatları üçün bizim kimi qrupların köməyi Türkiyə üçün çox faydalı olacaq”- deyə səfir açıqlayıb.
Cancğava Türkiyədə idarə oluna bilən xaos olduğunu, lakin türklərin prosesi düzgün idarə etmək üçün əllərindən gələni etdiklərini bildirib. Bununla yanaşı o, Türkiyənin xüsusi rejimə keçdiyini qeyd edib.
Humanitar istiqamətdə hər-hansı xüsusi ehtiyacla bağlı məlumatın yayılıb-yayılmaması sualına Cancğava belə cavab verib:
“Hələlik açıqlanmayıb. Türkiyə çox güclü ölkədir, lakin açıqlanan kimi, əlbəttə ki, ölkəmiz Türkiyəyə nə dərəcədə kömək edəcəyinə qərar verəcək, çünki Türkiyə hər zaman ölkəmizə kömək edib”-deyə Qiorqi Cancğava açıqlayıb.