Gürcüstanın Türkiyədəki səfiri - itkin düşdüyü barədə məlumatımız olan vətəndaşlarımızın, futbolçularımız da daxil olmaqla praktiki olaraq demək olar ki, hamısını tapdıq
Gürcüstanın Türkiyədəki səfiri - itkin düşdüyü barədə məlumatımız olan vətəndaşlarımızın, futbolçularımız da daxil olmaqla praktiki olaraq demək olar ki, hamısını tapdıq

 
Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Cancğava təbii fəlakət zonasında olan Gürcüstan vətəndaşlarını Gürcüstanın diplomatik nümayəndəliyi ilə əlaqə saxlamağa, olduqlar yer və vəziyyət barədə məlumat verməyə çağırır.

Qiorqi Cancğava itkin düşmüş hesab edilən Gürcüstan vətəndaşlarının praktiki olaraq demək olar ki, hamısının tapıldığını bildirib. O, zəlzələ nəticəsində iki Gürcüstan vətəndaşının həlak olduğunu açıqlayıb.

“Bu dəqiqəyə açıqlandığı üzrə, 1700-dən çox ölü var, yaralıların sayı artıq 9000-ə çatır. 4000 ev dağılıb. Təəssüf ki, iki vətəndaşımız dünyasını dəyişib. Biz imkan daxilində vətəndaşlarımızla əlaqə saxlayırıq. İtkin düşdüyü barədə məlumatımız olan vətəndaşlarımızın, futbolçularımız da daxil olmaqla praktiki olaraq demək olar ki, hamısını tapdıq. O zonaya daxil olmaq çox çətindir, bu səbəbdən hər kəsi bir şəkildə bizə səslərini çatdırmağa, harada olduqlarını, necə olduqlarını panika olmadan deməyə çağırıram, çünki vəziyyət olduqca ağırdır və hansı vasitələrin olduğunu bilmək bizim üçün çox vacibdir. Yəni, böyük ehtimalla vətəndaş evi uçubsa, işini itiribsə və s. Gürcüstana qayıtmalıdır. Ən azı, onun gələcəkdə nə etməli olması və onun ətrafında vəziyyətin necə olduğunu bilmək və məsləhət vermək üçün bəzi məlumatlara ehtiyac var. Həmçinin sənədlərini, pasportlarını itirən vətəndaşların bizə və ya Trabzona müraciət etmələri vacibdir. Əgər bizə gələ bilmirlərsə, onların buraya, Ankaraya, İstanbula və ya Trabzona çatmaları üçün necə köməklik göstərə biləcəyimizi bilməliyik, çünki Gürcüstana getmək üçün üç yol var – İstanbul, Trabzon və Ankara. Ankara və İstanbuldan birbaşa uçuşlar var, Trabzondan – Sarpi və Vale istiqamətində quru yolu”- deyə Qiorqi Cancğava açıqlayıb.