Gürcüstanın su polosu komandası Dünya Universiadasında yarımfinalda çıxış edəcək #1TVSPORT
Gürcüstanın su polosu komandası Dünya Universiadasında yarımfinalda çıxış edəcək #1TVSPORT

Gürcüstanın su polosu tələbə komandası Çində davam edən Ümumdünya Universiadasında turnirin yarımfinalında çıxış edəcək. 1/4 finalda Almaniya millisinə penaltilər seriyasında 16:15 hesabı ilə qalib gələn oğlanlarımız yarımfinalda güclü Macarıstan komandası ilə qarşılaşacaqlar.

Xatırladaq ki, gürcü tələbələr üç qələbə qazanaraq qrupda üçüncü yeri tutublar.

Milli komandanın üzvlərindən təşkil olunan Gürcüstan komandası B qrupunda (Gürcüstan, Çin, Slovakiya, ABŞ, Cənubi Koreya, Slovakiya) çıxış edib.