Gürcüstanın Ortodoks Kilsəsi bu gün “On iki müqəddəs əzəmətli həvarinin iclasını” – Svetitsxovlobanı qeyd edir. Bayramla əlaqədar ölkədə fəaliyyət göstərən bütün kilsə və monastırlarda liturgiya-dua mərasimləri keçirilir.
Müqəddəs İncilə əsasən, İsa Məsih 12 həvari seçib. Onlardan biri, İuda İskariot ona xəyanət etdi. Daha sonra tanrı onun yerinə Gürcüstanda xristianlığı təbliğ edən Apostol Matatanı seçdi. Bu gün kilsə müqəddəs həvarilərin: Petre və onun qardaşı Andrianın, İakob və onun qardaşı İoanenin, Filipe, Bartlome, Tomas, Mate, İakob Alfe, İuda İakobi (Tadeoz), Simon Moşurne və Matatanın xatirəsini yad edir.
Svetitsxovloba ildə iki dəfə, oktyabrın 14-də və iyulun 13-də qeyd olunur. Oktyabrın 14-də kilsə Məsihin köynəyini, iyulun 13-də isə Məsihin bütün həvarilərini yad edir.