Gürcüstanın on şəhərində və Acara bölgəsində tədris prosesi bu gündən distansiya rejimində bərpa olundu.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, bu gün tədris prosesi distansiya tədrisinin tam elektron modelinin istifadəsi ilə qarşıdakı şəhərlərdə başalayacaq: Tbilisi, Kutaisi, Rustavi, Telavi, Zuqdidi, Zestaponi, Qori, Poti, Marneuli və Qardabani. Acara Muxtar Respublikası ərazisində məktəblər tədris prosesini həmçinin, distansiyalı rejimdə davam etdirəcəklər.
Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyində bəyan etdiklərinə görə, ikinci semesrtrin sinif otaqlarının bərpa olunduğu məktəbləri, Nazirlik koronavirusun prevensiyası məqsədilə tibbi maskalarla, kontaktsız termometrlərlə, dezobaryerlərlə və dezinfeksiya mayeləri ilə tamamilə təmin etdi.
Bundan başqa, Nazirliyin məlumatına görə, məktəblərdə koronavirus hallarının təsdiq olunduğu təqdirdə, birinci semestrdə nöqtəli məhdudiyyətlər barəsində aprobasiya olunmuş yanaşma davam etdiriləcək. Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydaların həyata keçirilməsi prosesini Təhsil Nazirliyi sistematik olaraq izləyəcək və məktəblərin monitorinqini həyata keçirəcək.
Bununla yanaşı, efirə “Tekeskola” dərsləri də qayıdır.