Gürcüstanın Müstəqillik Komitəsinin Hərbi Mərkəzinin güllələnmiş üzvlərinin xatirəsinə ehtiram əlaməti olaraq Vake parkında xatirə guşəsi açılıb
Gürcüstanın Müstəqillik Komitəsinin Hərbi Mərkəzinin güllələnmiş üzvlərinin xatirəsinə ehtiram əlaməti olaraq Vake parkında xatirə guşəsi açılıb.
Kote Apxazi, Aleksandre Andronikaşvili, Varden Tsulukidze, Rostom Musxelişvili, Qiorqi Ximşiaşvili və başqalarının antisovet üsyanı təşkil etməyə cəhd etdiklərinə görə güllələnməsindən 100 il keçir. Bu tarixə və güllələnmiş vətən övladlarına ehtiram göstərmək üçün Tbilisi meriyası Gürcüstan hökumətinin və Patriarxlığın iştirakı ilə onların güllələndiyi Vake parkında xatirə guşəsi təşkil edib.
Guşədə məlumat lövhəsi, məzar daşı və şam yandırılması üçün yer var. Paytaxt meri, parlamentin sədri və digər rəsmi şəxslər həlak olan vətən övladlarının xatirəsini ehtiramla yad ediblər və xatirə guşəsini güllə bəzəyiblər.
Tədbirdə Müstəqillik Komitəsinin Hərbi Mərkəzinin güllələnmiş üzvlərinin davamçıları iştirak ediblər. Din xadimi xatirə guşəsini və məzar daşını dualayıb və həlak olanlarını ruhu üçün ayin icra edib.