Gürcüstanın Müdafiyə Naziri türk həmkarı ilə görüşdü
Gürcüstanın Müdafiyə Naziri türk həmkarı ilə görüşdü

Sabah Gürcüstan, Türkiyə və Azərbaycanın Müdafiyə Nazirlərinin növbəti görüşləri Türkiyə Respublikasında, Giresun şəhərində keçiriləcək.

Müdafiyə Nazirliyinin məlumatına görə, Levan İzorianın Türkiyəyə səfəri Ankarada, Milli Müdafiyə Nazirliyində rəsmi qarşılama mərasimi ilə başladı.

Gürcüstanın Müdafiyə Naziri türk həmkarı Nurettin Canilki ilə görüşdü.

Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın artan dinamıkasını müzakirə etdilər.

“Nurettin Canikli Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha qeyd etdi və bəyan etdi ki, Türkiyə Gürcüstana olan münasibətini və dəstəyini göstərmək üçün, mümükün olan bütün tribunlaradan istifadə edir” – deyilir Müdafiyə Nazirliyinin yaydığı məlumatda.

Geniş formatlı görüş zamanı, həmçinin, regionda sabitliyin təmin edilməsi məqsədi ilə, Gürcüstan-Türkiyə-Azərbaycan arasında üç tərəfli ministerial formatının və Gürcüstanda planlaşdırılan çox millətli beynəlxalq təlimlərdə Türkiyənin iştirakının əhəmiyyəti müzakirə olundu.

Ankaraya səfər çərçivəsində, Gürcüstanın Müdafiyə Naziri, nümayəndə heyyəti ilə bərabər Türkiyə Respublikasının əsasını qoyan ilk prezidenti Mustafa Kemal Atatürkün məzarını və muzeyini ziyarət etdi.