Gürcüstanın Müdafiə Nazirliyi ilə Polşa şirkəti arasında zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalanıb
Gürcüstanın Müdafiə Nazirliyi ilə Polşa şirkəti arasında zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayır.
Qurumun yaydığı məlumatda, Gürcüstanın müdafiə nazirinin müavini Qiorqi Xaindravanın Polşanın MESKO S.A. şirkətinin nümayəndələri ilə görüşdüyü deyilir.
Verilmiş məlumatda qeyd edildiyi üzrə, NATO standartlarına uyğun müasir silahların Gürcüstanda tətbiqinin vacibliyinə toxunulub, bu da ölkənin müdafiə qabiliyyətinin güclənməsinə kömək edəcək.
“Tərəflər Müdafiə Nazirliyi ilə Polşa şirkəti arasında əməkdaşlıq planlarını da həmçinin müzakirə ediblər. Daha sonra Polşa istehsalı olan zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalanıb. Bu sənəd Gürcüstanın Müdafiə Qüvvələrinin İnkişaf Proqramı çərçivəsində hazırlanıb”- Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.