Gürcüstanın müdafiə naziri NATO-nun müdafiə ministerialında iştirak edəcək
Gürcüstanın müdafiə naziri NATO-nun müdafiə ministerialında iştirak edəcək

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze NATO-nun müdafiə ministerialında iştirak edəcək.

Cuanşer Burchuladze ukraynalı, finlandiyalı və isveçli həmkarları, həmçinin Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell ilə birlikdə Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində təcili olaraq təyin olunmuş xüsusi iclasına dəvət olunub.

Görüş martın 16-da NATO-nun Brüsseldəki baş -qərargahında keçiriləcək. Məlumatı Alyansın mətbuat xidməti yayır.

NATO-nun baş katibi iclas başlamazdan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə birlikdə mətbuata birgə açıqlama verəcək, bundan sonra Şimali Atlantika Şurası Cozef Borrellə birlikdə, Gürcüstan, Ukrayna, Finlandiya və İsveçin müdafiə nazirləri ilə görüşəcək.