Gürcüstanın müdafiə naziri iyunun 15-16-da NATO-nun müdafiə nazirlərinin iclasında iştirak edəcək
İyunun 15-16-da Brüsseldə, NATO-nun baş katibi Yens Stoltenberqin rəhbərliyi ilə NATO-nun baş-qərargahında Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclası keçiriləcək.
Alyansın rəsmi saytında yayılan məlumata görə, Avropa İttifaqı ilə birlikdə NATO müdafiə nazirlərinin iclasında Gürcüstan, Ukrayna, Finlandiya və İsveç nümayəndələri də iştirak edəcəklər.
NATO-dan verilən məlumata görə, iclas iyunun 15-də işgüzar şam yeməyi ilə açılacaq və mətbuata qapalı olacaq.
Bununla yanaşı, Alyansın rəsmi saytında dərc olunan məlumata görə, iyunun 16-da müttəfiq nazirlərlə iki sessiya keçiriləcək. Həmçinin ABŞ-ın ev sahibliyi edəcəyi Ukraynanın Təmas Qrupu ilə müstəqil görüş keçiriləcək.