Gürcüstanın Müdafiə naziri Çinin yeni təyin olunmuş səfiri ilə görüşdü
Gürcüstanın Müdafiə naziri, Cuanşer Burçuladze Çin Xalq Respublikasının Gürcüstandakı yeni fövqəladə və səlahiyyətli səfiri, Çou Tsieni qəbul etdi.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tanışlıq xarakterli görüşündə Müdafiə Nazirliyinin rəhbəri yeni təyin olunmuş səfirə uğurlar arzuladı və Gürcüstan və Çin arasında səmərəli əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu ifadə etdi.
Görüşdə koronavirus pandemiyasına qədər müdafiə sahəsində ikitərəfli əməkdaşlığın bərpası və inkişafı məsələləri müzakirə edildi. Hərbi təhsil sahəsində əməkdaşlığın perspektivlərinə diqqət yetirildi. Söhbət zamanı bölgədə cərəyan edən proseslərə də toxunuldu.
Onların məlumatlarına görə, Çin səfiri bir daha Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirdi. Cuanşer Burçuladze Gürcüstana Çindən siyasi və praktiki dəstəyə görə, diplomata təşəkkürünü ifadə etdi.