Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarını qəbul edib
Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarını qəbul edib

Gürcüstanın baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

Görüş Gürcüstan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi ilə başlayıb. Sonra tərəflər ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazirlər arasında aparılan görüşdən sonra genişləndirilmiş iclas keçirilib. İrakli Çikovani Azərbaycanlı həmkarına Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyi üçün təşəkkürünü bildirib və bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyini vurğulayıb. Qeyd edilib ki, ölkələr arasında mövcud strateji tərəfdaşlıq hörmətə, etimada və qonşuluq münasibətlərinə əsaslanır. Müzakirələrdə Cənubi Qafqaz regionunun uzunmüddətli və dayanıqlı inkişafının əhəmiyyəti də diqqət mərkəzində olub.

Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı çərçivəsində məsələləri müzakirə ediblər, o cümlədən: hərbi təhsil, sosial və psixoloji dəstək, həmçinin çoxtərəfli hərbi təlimlərdə birgə iştirak.

Görüş zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli müdafiə əməkdaşlığı formatına da diqqət yetirilib. İrakli Çikovani bildirib ki, üçtərəfli əməkdaşlıq – üçtərəfli təlimlər həmin ölkələrin hərbi qüvvələrini daha da yaxınlaşdırır və qarşılıqlı uyğunluğu gücləndirir.

Azərbaycan Müdafiə Nazirliyi ilə görüşdə Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Giorgi Matiashvili, Müdafiə Nazirinin və Müdafiə Qüvvələrinin komandanının müavinləri iştirak ediblər.

Rəsmi səfər çərçivəsində Azərbaycan Müdafiə Naziri qəhrəmanların memorialını tər çiçəklərlə bəzəyib və Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların xatirəsini ehtiramla yad edib. Daha sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev abidəsinə keçərək memorialı tər çiçəklərlə bəzəyib.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.